Metyu Brayza "Bunlar erməni diasporunun oyunlarıdır"

 

"Fransa və Qarabağdakı separatçı, ekstremist ermənilər Qarabağın hüquqi statusu məsələsini yenidən gündəmə gətirməyə cəhd edirlər”.

Bunu "Report”a açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O qeyd edib ki, İkinci Qarabağ müharibəsinin başa çatdığı və Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında atəşkəs bəyanatını imzaladığı gündən, yəni 10 noyabr 2020-ci ildən bəri Fransa hökumətinin rəsmi mövqeyi Bakını müharibəyə görə günahlandırmaqdan ibarət olub:

"Fransa Qarabağın hazırda Rusiya sülhməramlılarının nəzarətində olan və erməni separatçılarının yerləşdiyi hissəsinin hüquqi statusunun dəyişdirilməsi məsələsini açıq saxlamağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyanın da razılaşdığı atəşkəs sazişi Qarabağın hüquqi statusunun dəyişdirilməsinin mümkünlüyünü özündə ehtiva etməməsinə, həmçinin Nikol Paşinyanın "Ermənistan Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımağa hazırlaşır” sözlərinə rəğmən, Fransa hökumətinin atdığı addımlar məhz Qarabağın hüquqi statusunun dəyişdirilməsinə, həmin bölgənin muxtar ərazi və ya Ermənistanın parçası kimi tanınmasına nail olmağa yönəlib”.

Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi yardımı ermənilərin hələ də qəbul etməməsi məsələsinə gəldikdə isə M.Brayza bildirib ki, bunlar erməni diasporunun oyunlarıdır:

"Bütün bu gərginliklərin səbəbi Qarabağın etnik erməni icmasının ekstremist üzvlərinin dəhşətli dərəcədə revanşist və milliyyətçi erməni diasporunun, məsələn, Amerika Erməni Milli Komitəsinin dəstəyi ilə İrəvan hökumətinə göstərdiyi siyasi təzyiqlərdir. Onlar da Qarabağın hüquqi statusu məsələsini yenidən gündəmə gətirməyə çalışırlar.

Nəticə olaraq erməni tərəfi Ağdam-Xankəndi yolu vasitəsilə gələn humanitar yardımı rədd edib, sadəcə Ermənistandan Laçın yolu vasitəsi ilə gələn yardımı qəbul etmək istəyirlər. Bu isə beynəlxalq humanitar hüquqa əsaslanan humanitar yardım məsələsinin siyasiləşdirmənin nümunəsidir. Çünki beynəlxalq humanitar hüquqa əsasən, humanitar yardım mümkün olan yollardan çatdırılmalı və qəbul edilməlidir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300