27 illik karyeranın sonu - Cahangir Əsgərov nə ilə yadda qaldı?

 

"Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərovun karyerasına son qoyuldu. O, bu gün ölkə başçısının sərəncamı ilə tutuduğu vəzifədən azad edilib.

 

Qaynarinfo xəbər verir ki, Cahangir Əsgərov 1996-cı ildən AZAL-a rəhbərlik edirdi. Həmin il o, AZAL-ın direktoru, 2008-ci ildən isə QSC-nin prezidenti vəzifəsini daşıyıb.

 

Cahangir Əsgərov 27 illik karyareası dövründə bir sıra qalmaqallarla yadda qalıb. Onun rezonans doğuran qalmaqallarından biri "Abşeron” otellə bağlıdır.

 

Bu hadisə təxminən 5 il əvvəl baş verib. Həmin vaxt mediada yayılan məlumatlarda bildirilirdi ki, Cahangir Əsgərov "Abşeron” otelinin restoranında pomidor-yumurta çığırtması sifariş edib. Lakin yemək Cahangir Əsgərovun xoşuna gəlməyib. O kobud şəkildə ofisianta etiraz edib. Yeməyin yaxşı bişirilmədiyini iddia edib. Cahangir Əsgərovun ətrafındakılar müdaxilə edərək qalmaqalın davaya çevrilməsinin qarşısını alıb.

 

Bundan başqa, Cahangir Əsgərovun AZAL-dakı fəaliyyəti daim tənqid olunub. AZAL-da biletlərin baha satılması, müxtəlif maxinasiyalar və s. bu kimi qanunsuzluqlar barədə mediada kifayət qədər yazılıb.

 

Cahangir Hacıyevin fəaliyyəti ölkə başçısı səviyyəsində də ciddi tənqid olunub. "Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün?.. Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün?", deyə Prezident İlham Əliyev müşavirələrin birində bildirmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300