"Sonuna qədər Azərbaycanın yanındayıq" - Cahit Bağçı
Azərbaycan-Ermənistan arasındakı sülh sazişinin tezliklə imzalanmasını dəstəkləyir və sonuna qədər Azərbaycanın yanındayıq.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyənin Zəfər Gününə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.
Səfir iki qardaş ölkənin daim bir-birlərinin yanında olduğunu əlavə edib.