Oğuza leysan yağıb, dolu düşüb, həyətləri su basıb
Bu gün axşam saatlarında Oğuz rayonuna leysan yağış yağıb, dolu düşüb.
Busaat.az-ınməlumatına görə, dolu əsasən rayonun Padar, Bayan və Kərimli kəndlərinə düşüb.
Oğuz şəhər ərazisinə yağan leysan yağışı nəticəsində isə bəzi evlərin həyətlərinə və zirzəmilərinə su dolub.
Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.