Qaynar.info xəbər verir ki, bunu açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
"Sərəncam bu gün də imzalana bilər, sabah da. Konkret sərəncamın nə vaxt imzalanacağı prezidentin İlham Əliyevin müstəsna səlahiyyətindədir”, – deyə Ə.Nuriyev vurğulayıb.
Komissiyanın digər üzvü Rəşad Məcid isə əfv siyahısının prezidentə təqdim olunduğunu qeyd edib: "Biz siyahını hazırlayıb, prezidentə təqdim etmişik. Ancaq sərəncamın nə zaman imzalanacağından xəbərsizəm”.
Qeyd edək ki, dövlət başçısına təqdim edilən siyahıda 140 nəfərə yaxın məhbusun adı var.