Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - Sabah saat 08:00-dan...

 

Sabah bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Avqustun 30-da saat 08:00-dan "Kürdəmir” ölçü qovşağından qidalanan qaz kəmərinin və saat 10:00-dan "Türkan-1” QPS-dən Türkan qəsəbəsinə gedən orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması, saat 10:00-dan Yasamal rayonu Ü.Əkbərov və D.Bünyadzadə küçələrinin kəsişməsində istismarı dayandırılmış qaz xəttinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması, həmçinin "Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan "Ucar” QPS-in ərazisində yeni siyirtmələrin və saat 10:00-dan "Tovuz” QPS-in qol qaz kəməri üzərində 200 mm-lik siyirtmənin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xəzər rayonunun Türkan qəsəbəsinin, Yasamal rayonunun Ü.Əkbərov və D.Bünyadzadə küçələrinin, Yeni Yasamal massivinin (tam olaraq) və 2-ci Alatava yaşayış massivinin (bir hissəsinin), Kürdəmir rayonunun (bir hissəsinin), Ucar, Ağstafa və Tovuz rayonlarının (tam olaraq) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300