İmmuniteti gücləndirən OTLAR

 

G
üclü immun sistemi insanı istənilən virus, mikrob və digər ziyanlı agentlərdən müdafiə edə bilir. Lakin bunun üçün immuniteti daim yüksək səviyyədə saxlamaq lazımdır.

 

Sağlam qidalanma, yaxşı yuxu, fiziki aktivlik, stressə davamlılıq – immuniteti yüksək səviyyədə saxlamağa yardım edən əsas amillərdir.

Xalq təbabətində də immun sistemini gücləndirmək üçün müxtəlif vasitələr mövcuddur.

Uluyol.info oxucularını immuniteti stimullaşdıran otlarla tanış edir:

1. Exinaseya bitkisi immun sisteminin hüceyrələri olan faqositlərin aktivliyini artırır. Faqositlər orqanizmə düşən mikrob və digər yad hissəcikləri "udur” və zərərsizləşdirir. Exinaseya stafilokokk, streptokokk, qripp və herpesə qarşı təsirlidir.

2. Çəhrayı rodiola təbii immunostimulyatordur, orqanizmi soyuqdəymə xəstəliklərinə qarşı daha davamlı edir. Yüksək təzyiqdən əziyyət çəkənlər bu bitkidən istifadə etməməlidir – rodiola təzyiqi qaldırır.

3. Qoz yarpaqları orqanizmi yaxşı tonuslaşdırır, möhkəmləndirir, iltihabları azaldır.

4. Reyhan da immun sistemini möhkəmləndirmək xüsusiyyətə malikdir.

5. Aloe orqanizmə yaxşı stimullaşdırıcı təsir edir, maddələr mübadiləsini sürətləndirir, orqanizmə antibakterial və iltihab əleyhinə təsir edir.

Bu otları dəmləmələr şəklində istifadə etmək olar. Həmçinin apteklərdə exinaseya, rodiola, aloe əsasında çoxlu sayda preparatlar satılır – həblər, tinkturalar və s.

Saglamolun.Az

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300