Alimlər qara ulduzlara bənzər obyektlər aşkar etdilər

 

Ceyms Veb teleskopu Kainatın yarandığı ilk vaxtlarda mövcud olduqları fərz olunan qara ulduzlara bənzər obyektlər aşkar edib.

Yenicag.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Tədqiq olunan 3 nöqtəvi obyektin (JADES-GS-z13-0, JADES-GS-z12-0 və JADES-GS-z10-0) ilk olaraq ən uzaq qalaktikalar olduğu düşünülürdü. Lakin alimlər belə nəticəyə gəliblər ki, uzaqda yerləşdikləri üçün nöqtəvi görünən obyektlərin fotometrik xüsusiyyətləri onların superqara ulduzların modelləşdirilmiş sintetik spektrləri ilə izah oluna bilər.

Daha konkret nəticələr əldə etmək üçün qara ulduzlar nəzəriyyəsini təkmilləşdirməli və tapılan obyektləri daha ətraflı öyrənmək lazımdır.

Qeyd edək ki, qara ulduz anlayışı ilk dəfə 2007-ci ildə təklif olunub. Nəzəriyyəyə əsasən, ilk ulduzlar yaranana kimi mövcud olan və optik oblastda müşahidə olunmayan bu obyektlər çox böyük (diametri 10 a.v-dən çox) və İlkin Kainata nisbətən soyuq (~10 000 K) olub. Güman edilir ki, onların nüvəsi olmadığından nüvə sintezi reaksiyaları əvəzinə, ulduzun bütün həcmi boyu tünd maddə hissəciklərinin annihilyasiyası hesabına ayrılan enerji belə ulduzların istilik və hidrostatik tarazlıqda olmasına imkan verirdi.

Nəzəriyyəyə görə demək olar ki, tamamilə hidrogen və heliumdan ibarət olan ulduzların kütləsinin ~0,1 faizdən az hissəsini qaranlıq maddə təşkil edirdi. Ətrafdakı maddənin akkresiyası hesabına 106 Günəş kütləsinə (M ☉) qədər böyüyən bu obyektlər ifratnəhəng qara ulduzlara çevrilirdilər. Belə ki, Kainatda xüsusən ilk bir neçə milyard ildə yaranmış superkütləli qara dəliklərin mövcudluğu qara ulduzların ömürlərinin sonunda superqara dəliyə çevrilməsi ilə izah olunur.

İşin müəllifləri Kolqeyt və Texas Universitetindən olan astrofiziklər qrupudur. Həmmüəlliflərdən Ketrin Friz, həmçinin qara ulduzlar nəzəriyyəsinin yaradıcılarından biridir. Tədqiqat işi "Proceedings of the National Academy of Sciences” jurnalında yer alıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300