Bir qrup Laçın rayon sakini adından müraciət olunub. Müraciət edən Laçınlıların prezident İlham Əliyevdən xahişləri var.

 

Müraciətdə deyilir: «Cənab prezident. Bizim rayonumuz işğal altındadır. Bu gün isə hər bir Laçınlı doğma torpaqlarına dönəcəyi günü səbirsizliklə, həsrətlə gözləyir. Hər zaman Laçınlılar savaş, yenidən döyüşmək əhval-ruhiyyəsindədirlər.

Ona görə də bu rayonun az qala hərbi rejimdə idarə olunması, hərbi vətənpərvərlik ruhunun hakim olması bizə görə ən vacib şərtlərdəndir.

Amma bu gün təəssüflər olsun ki, Laçın rayon icra hakimiyyətinin rəhbərliyi müvəqqəti də olsa elə bir adama həvalə olunub ki, onunla nəinki hansısa Laçınlı qürur duya bilməz, hətta sabah savaş başlayacağı təqdirdə onun arxa sıralarda belə dayanacağına inamımız yoxdur.

Hərbi xidmətdə olmayan Aqil Nəzərlinin bu gün vəzifə başına hansı yollarla, hansı üsullarla keçdiyini Laçında bilməyən yoxdur.

Cənab prezident. Sizdən xahiş edirik. Rayonumuza yeni rəhbər təyinatı zamanı biz laçınlıların istəyini nəzərə alın və bizə mürahbədən qorxan yox, mürahibəni həyat tərzi kimi görən rəhbər göndərin. Çünki bu gün Laçınlıların tək istəyi ata-baba yurduna qayıtmaq, ölənlərinin məzarlarını yenidən ziyarət etməkdir»./Teref.info


Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300