Ukraynada 32 milyon taxıl dünya bazarına çıxarılmağını gözləyir

 

Rusiyanın Taxıl dəhlizinin işinə yaratdığı maneə 32 milyon ton taxılın Ukraynada yığılıb qalmasına səbəb olub.

Musavat.com bildirir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldəki görüşünə gələrkən jurnalistlərə məlumat verib.

Nazirin sözlərinə görə, 32 milyon ton taxılın qlobal bazara yolunu bağlamaq milyonlarla insanı aclığa məhkum etməkdir:

"Buna görə də biz həmkarlarımızla birlikdə Ukraynadan taxılın ixracının sürətləndirilməsi üzərində işləri gücləndiririk. Berbok onu da qeyd edib ki, Avropa İttifaqı Qara dəniz təşəbbüsü ilə yanaşı Ukraynadan digər yollarla taxıl daşınması mexanizmini işə salıb: "İndi biz bu işi daha sürətlə yerinə yetirəcəyik”.

Almaniyalı nazir görüşdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinkenin də iştirak edəcəyini vurğulayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300