Başçının adamına rüşvət ittihamı
Bakının digər rayonlarından fərqli olaraq Sabunçu rayonunda ab-hava başqadır. Rayonun icra hakimiyyəti başçısı Adil Vəliyevin qəsəbə nümayəndəliklərindəki başbilənlər vətəndaşların şikayətlərinə baxmaq əvəzinə öz qanunsuz əməllərini hansı yollarla icra edəcəklərini düşünür və böyük narazı kütlə formalaşdırmaqdadırlar.
Bu mənada Sabunçu rayonunun Zabrat qəsəbəsinin icra nümayəndəsi daha çox seçilir. Qəsəbədə kəndxuda kimi tanınan Əsədov Vüqar Həsən oğlu heç bir vətəndaşın mövqeyinə, haqlı narazılığına məhəl qoymaz. Əksinə Zabratın baş "qoçusu” istədiyini qoparmayınca əl çəkən deyil. Hətta haqlı vətəndaşları hədələməkdən çəkinməyən kəndxuda Vüqar müavini Osmanov Arif, nümayəndəliyin tikinti işləri üzrə məsləhətçisi Rəsulova Rəna kimilərindən hal şahidi kimi də istifadə edir.
Zabrat icra nümayəndəsi Əsədov Vüqarın tələblərini bilməyən qəsəbə sakini yovdur. Bu şəxsin qanunu tikinti aparan qəsəbə sakinini yanına çağırıb pul tələb etməsinə qəribə baxmaq lazım deyil. Zabratlılar bu kimi hallara adi baxır. Qanuni yolla özünə ev tikən vətəndaş təcili icra nümayəndəsi, daha doğrusu Zabratın "qoçu”sunun haqqını verməlidir. Bu tələb olunan qanunsuz haqq isə nə az nə çox birmərtəbəli ev üçün 2000 manat, ikimərtəbəli ev üçün isə 4000 manat təşkil edir. Vüqar Əsədovun istəyini icra etməyənlər bu şəxsin tələbi ilə tikintini dayandırmaq məcburiyyətində qalırlar.
Maraqlısı odur ki, icra nümayəndəsi bu rüşvəti Sabunçu rayon icra başçısı Adil Vəliyevin adı ilə alır. Həqiqətənmi bu pulun icra basçısının tələbi ilə yığıldığını söyləməkdə çətinlik çəkirik. Bu barədə növbəti günlərdə araşdırmalarımızın yekunu olaraq məlumat verəcəyik.
İcra nümayəndəsinin qanunsuz əməlləri təkcə bununla bitmir. Zabratda eyni sənədlərlə torpaq satışı həyata keçirən Vüqar Əsədov vətəndaşlardan hər sotuna görə 3000-4000 manat alır. Amma vətəndaşlara verdiyi sənədin saxtakarlığına şübhə olmasada hələ ki, aidiyyatı qurumlar bu şəxsin qanunsuzluqlarına göz yumurlar.
Biz saytımızın qısa gün ərzində apardığı araşdırmanı diqqətinizə çatdırdıq. Ümid edirik ki, Sabunçu rayon icra başçısı tezliklə bu şəxsin və onun ətrafının qanunsuz əməllərinə hüquqi qiymət verəcək və sadə vətəndaşları aldadan icra nümayəndəsinin dələduz əməllərinə son verəcəkdir. (Bakunews.az) 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300