Siyasi fəalın qardaşı həbs edildi, iki qurum bəyanat yaydı...KXCP təmsilçisinin qardaşına on sutka həbs verilib, "Daha ciddi təzyiqlərin olacağını gözləyirəm”...

 

KXCP Ali Məclisinin üzvü, keçmiş siyasi məhbus Elşən Əlisoyun qardaşı həbs olunub. Ağsu rayonunda məskunlaşan Babək Məmmədov on sutkalıq həbs alıb. Bu barədə musavat.com-a E.Əlisoy özü məlumat verib. O bildirib ki, noyabrın 1-də keçirilən parlament seçkilərindən sonra ailəsinə qarşı təzyiqlər daha da şiddətlənib: "Noyabrın 5-də qardaşım Babək Məmmədovu Ağsu Rayon Məhkəməsinin sədri Tahir İsmayılovun sifarişli qərarı ilə heç bir araşdırma aparmadan, yalançı bir şikayətçinin sözü ilə 10 sutka həbs ediblər. Bu hakimiyyət şəhid ailəsinə qarşı apardığı bu cür düşmənçiliklə əslində özünün mahiyyətini bir daha ortaya qoyur. Qarşıdan gələn günlərdə daha ciddi təzyiqlərin olacağını gözləyirəm. Ola bilsin ki, mənim özümü də şərləyib həbs edəcəklər”.

E.Əlisoy qeyd edib ki, ailəsi 1993-ci ildən Ağsu rayonunda məskunlaşıb: "Atam Əli Məmmədov 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. 18 yaşımdan ictimai-siyasi proseslərə qoşulmuşam. AXCP Ağsu rayon şöbəsinin gənclər təşkilatının sədri, KXCP Ağsu rayon şöbəsinin Məclisinin sədri, KXCP Ali Məclisinin üzvü olmuşam. Hazırda KXCP Ali Məclisinin üzvü və QAT Ağsu rayon şöbəsinin sədriyəm. Siyasi fəaliyyətim dövründə saysız-hesabsız təzyiqlərlə üzləşmişəm. 2003-ci ildə saxta ittihamla həbs olunmuşam, həbs olunduğum dövrdə polislər tərəfindən qolum sındırılıb və işgəncələrə məruz qalmışam, altı ay Bayıl həbsxanası dövründən sonra 4 il şərti azadlıqdan məhrum edilmişəm. Keçən dövrlərdə dəfələrlə həbs edilərək polis bölmələrində zorakılıqlarla üzləşmişəm. Hakimiyyət mənə görə ailəmizə də təzyiqlərdən əl çəkməyib. Şəhid ailələri və məcburi köçkünlər mənzillə təmin olunduqları halda, ailəmiz şəhid ailəsi olaraq mənzillə təmin edilməyib. Nə Kəlbəcər Rayon İcra Hakimiyyəti, nə də Ağsu Rayon İcra Hakimiyyətinin başçıları bizim ailəmizin onların ərazisində məskunlaşmasını istəmir. Bu il keçirilən parlament seçkilərində Ağsu rayonundan namizəd olan Zəka Şikarlının seçki qərərgahının sədri və vəkili olaraq seçkilərdə fəal iştirak etmişəm. Seçkilərdə seçki qərərgahımızın üzvləri ilə bərabər apardığımız mübarizədə Zəka Şikarlı Ağsu sakinlərinin dəstəyini qazansa da, seçkilər kütləvi şəkildə saxtalaşdırılıb. Bundan sonra biz yenə də mübarizə apararaq şikayətimizi aidiyyəti qurumlara ünvalamışıq. Mənim bu seçkidə olan fəaliyyətim yerli icra hakimiyyətini və saxta deputat Tahir Kərimlini narahat etməyə bilməzdi. Seçkidən dərhal sonra məskunlaşdığımız "Qərənfil” uşaq bağçasını sökürlər. Orada məskunlaşan, bizdən başqa iki məcburi köçkün ailəsini heç bir yerdə məskunlaşdırmadan bağçanı təmir adı ilə sökməyə başlayıblar. Həmin bağça binası bu il 3-cü dəfədir ki, təmir adına sökülür. Hakimiyyətdən mənə görə ailəmizə təzyiqlərə son qoymağı bir daha tələb edirəm”.

Qeyd edək ki, Z.Şikarlı seçkilərlə bağlı yaradılan "Ağ blok”un təsisçilərindəndir. "Ağ blok” sözügedən həbslə bağlı bəyanat yayaraq B.Məmmədovun həbsini pisləyib və sifarişli həbs qərarının ləğvini tələb edib. Həmçinin, "Ağ blok”un namizədinə qarşı təzyiqlərin dayandırılması tələb edilir.  

KXCP isə Ali Məclis üzvünün qardaşının həbsini partiyada müzakirə edəcək. Qurumun sədr müavini Xəzər Teyyublu musavat.com-a bildirib ki, siyasi fəaliyyətlə məşğul olan şəxsin ailəsinə yönəlik addımlar pislənilir: "Bu addımı pisləyirik. KXCP ölkədə siyasətlə məşğul olan şəxslərin ailəsinə, doğmalarına qarşı təzyiqlərin normal olmadığı qənaətindədir. Bu, siyasi partiya üzvünün fəaliyyətinə qarşı birbaşa repressiv addımdır. KXCP bu məsələni qısa zamanda müzakirə edəcək, qurumun bəyanatı olacaq. Həbsin motivlərini də öyrənəcəyik”.

Röya Rəfiyeva
 
Musavat.com

 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300