Araikin "sərt tədbirlər”i nəyə hesablanıb?

 

Xəbər verildiyi kimi, qondarma "DQR”in "prezidenti” Araik Arutyunyan bazar ertəsi axşam videomüraciətində Xankəndidə Dirçəliş meydanında etiraz aksiyasına başladığını açıqlayıb.

Musavat.com ermənimediasına istinadən xəər verir ki, "Hraparak” qəzeti bununla bağlı maraqlı məlumat yayıb.

"Bu, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, bütün dostlarımızı aktiv və təcili hərəkətə keçməyə sövq etmək üçün əlavə səydir", - deyə Araik bildirib.

Arutyunyanın iddiasına görə, vəziyyət az-çox normal məcraya qayıtmasa, "daha sərt addımlara” əl atacaqlar.

"Hraparak”ın yazdığına görə, qondarma qurumun "parlamentinin sədri” Artur Tovmasyan təcili iclas çağırıb. Gecə yarısından sonra onlar mərkəzi meydanda əyləşən Araik Arutyunyanı ziyarət ediblər. Separatçılar Arutyunyandan bununla nəyə nail ola biləcəyini xəbər alıblar. Arutyunyan isə cavabında başqa yolun qalmadığını, bacardığı qədər hər kəsə məktublar yazdığını söyləyib.

"Cavab yoxdur, vəziyyət ağırdır. Ona görə də diqqəti bu yolla cəlb etmək qərarına gəldim”, - deyə o söyləyib.

Qondarma "deputatlar” rəhbərlərindən "sərt tədbirlər” dedikdə nəyi nəzərdə tutduğunu da soruşublar. Lakin Arutyunyan təfərrüatları açıqlamayıb, sadəcə olaraq, başqa hərəkətlər planlaşdırdığını qeyd edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300