"Hacıbala Abutalıbova Bakıya vurduğu ziyana görə 10 min il həbs cəzası verilə bilər”

 

"Hacıbala Abutalıbovun Azərbaycan cəmiyyətinə, Bakı şəhərinə vurduğu ziyan hesablansa ona hardasa, 10 min il həbs cəzası verilə bilər”.

Yenicag.az xəbər verir ki, bunu Valyuta.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı Bakı şəhərinin yağışdan sonra su-kanalizasiya sisteminin işləməməsi ilə bağlı fikir bildirərkən deyib.

Ekspert bunun səbəbinin yol infrastrukturu və su-kanalizasiya sistminin düzgün qurulmaması ilə izah edib:

"Hacıbala Abutalıbov Azərbaycan xalqına vurduğu zərərin sayı-hesabı bilinmir. İctimai nəqliyyat sistemini çökdürən, yol infrastrukturunu dağıdan, yaşıllıqlara qənim kəsilən bir şəxsdir. Nə qədər iyrənc işlər varsa, ardından onun adı çəkilir. O bu əməllərin hamısını edib. Su kanalizasiya sistemində yağış barmaqlıqları vardı, hanı onlar? Dəmir yığanlar ona yaxşı pul təklif elədilər, yığdırdı və satdı. Hacıbala öz əməlləri ilə cəmiyyətə düşmənçiliyini göstərib. Elə bir vəziyyət yaradıb ki, altından çıxmaq olmur”.

Ekspertin sözlərinə görə, dövlət tərəfindən yağış sularının idarə edilməsi, su-kanalizasiya sisteminin qurulmasına ayrılan pullara böyük bir şəhər salmaq olardı:

"Amma biz bu boyda vəsaitin müqabilində kanalizasiya sistemini qura bilməmişik. Bu biabırçılıqdır. Əvvəlki ilərdə olduğu kimi indikilər də yeyib-dağıdır, hətta bundan sonra gələnlər də yeyib-dağıdacaq. Problem heç vaxt həllini tapmayacaq”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300