"İcbari Tibbi Sığorta" 7.8 milyon manatlıq müqavilə imzaladı: "Zeytun Pharmaceuticals” kimindir?

 

 

İcbari Tibbi Sığorta Agentliyi imtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınması ilə bağlı tenderə yekun vurub.

 

"Qaynarinfo" xəbər verir ki, tenderin qalibi "Zeytun Pharmaceuticals” MMC seçilib.

 

Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 7 852 864,01 AZN təşkil edir.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Zeytun Pharmaceuticals” MMC 9 oktyabr 2014-cü ildə qeydiyyata alınıb.

 

Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 21C-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.

 

Bəhruz Şirəliyev vaxtilə "Rəvan” futbol klubunun vitse-prezidenti vəzifəsində çalışıb.

 

"Zeytun Pharmaceuticals” MMC "Farum Qafur” MMC ilə eyni hüquqi ünvanda qeydiyyatdadır.

 

"Farum Qafur” MMC artı ləğv edilib.

 

Bu şirkətin qanuni təmsilçisi Tağıyev Zamir Elşad oğlu olub.

 

Mediada gedən məlumatlara görə, Zamir Tağıyevin qanuni təmsilçisi olduğu başqa şirkətlər də var.

 

Onlardan biri də "Azmedkom" MMC-dir. Artıq ləğv olunan bu şirkətin təsisçisi isə keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin oğlu Kazım Şirəliyev olub.

 

Bu fakt göstərir ki, "Zeytun Pharmaceuticals” MMC-nin Səhiyyə Nazirliyinə, daha doğrusu, qurumun keçmiş rəhbərliyinə yaxın şirkətdir.

 

Bundan başqa məlumatlarda qeyd edilir ki, "Zeytun Pharmaceuticals” MMC-nin keçmiş hüquqi ünvanı Səbail rayonu, Niyazi küçəsi ev 5, mənzil 15-də yerləşib.

 

Bu ünvan Səhiyyə Nazirliyinin "Dərmanların Analtik Ekspertizasi Mərkəzi” MMC-nin keçmiş direktoru Əbülfəz Abdullazadənin qeydiyyatda olduğu mənzildir.

 

Müəssisə yaradılanda Əbülfəz Abdullazadə "Dərmanların Analtik Ekspertizasi Mərkəzi”nin direktoru vəzifəsində işləyib.

 

Dərman preparatlarının lisenziyası ilə məşğul olan bir qurumun rəhbərinin ünvanında dərman şirkəti qeydiyyatdan keçib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300