Karantin rejimi daha 3 ay uzadıldı

 

Azərbaycan Nazirlər Kabineti xüsusi karantin rejiminin daha üç ay uzadılması barədə qərar verib.

 

Qərara əsasən, karantin rejiminin müddəti 2023-cü il 2 oktyabr saat 06:00-dək uzadılıb.

 

Səbəb kimi "Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi göstərilib.

 

Ən son, iyunun 22-də açıqlanan məlumata görə, ölkədə COVID-19-a yoluxanların sayı 37 nəfər olub, ölən yoxdur.

 

İndiyədək ümumilikdə 793 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

 

Onlardan 783 644 nəfər müalicə olunaraq sağalıb, 9719 nəfər vəfat edib, aktiv xəstə sayı 369 nəfərdir.

 

Koronvirus 2019-cu ilin sonları Çində yaranıb, dünyaya yayılıb.

 

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etmişdi.

 

2023-cü il mayın 5-də isə təşkilatın baş direktoru Tedros Qebreyesus dünyada COVID-19 pandemiyasının sona çatdığını elan edib.

 

ÜST rəhbəri vurğulayıb ki, bu xəbərə görə ölkələr sayıqlığını itirməməli və son üç il ərzində hazırlanmış qaydaları ləğv etməlidir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300