"Xalqın susdurulması siyasətindən əl çəkin” – Müsavatdan tələb

 

Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrlə əlaqədar Müsavat Partiyasının qəbul etdiyi bəyanatda hakimiyyətdən xalqın susdurulması siyasətindən əl çəkməsi tələb olunur.

Partiyanın mətbuat xidmətindən "Basta”ya təqdim olunan sənəddə deyilir:

"Müsavat Partiyası iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin ekoloji çirklənməyə qarşı keçirdikləri aksiyada polisin dinc etirazçılara qarşı qəddar davranışını Azərbaycanda despotizmin getdikçə dərinləşdiyini təsdiqləyən növbəti ağır cinayət kimi qiymətləndirir.

Müsavat Partiyası həmin aksiya zamanı polisin yaşlı qadınlara, o cümlədən şəhid anasına xüsusi amansızlıqla hücum etməsi və onlara xəsarətlər yetirməsini hiddətlə pisləyərək;

-Etirazçıların öz tələblərində tam haqlı olduqlarını vurğulayaraq və polisə daş atılmasının təxribat ola biləcəyini qeyd edərək;

– Aksiyadan sonra yeddi nəfərin inzibati həbsə məruz qalması və bir nəfərin cərimələnməsini, həmçinin bu mövzuda tənqidi yazılar yazdıqdan sonra Nida Vətəndaş Hərəkatının fəalı Elmir Abbasovun saxlanmasını əsassız sayaraq;

Etirazçılara qarşı zorakılıq edən polis əməkdaşları və onlara bu əmri verənlərin dərhal müəyyənləşdirilərək cəzalandırılmasını, bu barədə xalqa ətraflı məlumat verilməsini, saxlanılan şəxslərin dərhal azadlığa buraxılmasını, Söyüdlü kəndinə yolun açılmasını, xalqın susdurulması siyasətindən əl çəkilməsini, vətəndaşların haqlı tələblərinə əməl olunmasını hakimiyyətdən tələb edir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300