"Akademiya Azərbaycanda yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsi təklifini Prezident Administrasiyası, Nazirlər Kabinetinə göndərib”.
 
Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, akademik Rasim Əliquliyev deyib. O qeyd edib ki, AMEA yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsi ilə bağlı məsələyə elmi baxışını ortaya qoyub: "Biz bu məsələdə qərar qəbul edən qurum deyilik, təklif vermişik. Bizdən başqa, bu məsələ ilə bağlı müvafiq olaraq digər təşkilatlara da müraciət olunub. Qeyd etdiyim kimi, biz artıq məsələyə münasibətimizi ortaya qoymuşuq”.
 
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə bildirib ki, martın 27-də Azərbaycan ərazisində yay vaxtına keçidlə bağlı qərar qüvvədədir.
 
Qeyd edək ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib.
 
Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Bu il martın 27-də Azərbaycan ərazisində yay vaxtına keçiləcək. Həmin gün saat 04.00-da saatların əqrəbləri 1 saat irəli çəkiləcək, bununla da ölkədə qış vaxtı başa çatacaq./apa/

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300