Müsavat Divanının gündəliyi

 

İyunun 5-də Müsavat Partiyası Divanının iclası keçirilib.

Məclisin sədri Nüşabə Sadıxlının sədrliyi ilə keçirilən iclasda partiya başqanı Arif Hacılının ürəyində aparılan cərrahiyyə əməliyyatından sonra səhhətinin normal olduğu bildirilib.

Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər barədə məlumat verib. Təşkilati məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

Türkiyədə keçirilən prezident və parlament seçkilərinin yekunları barədə fikir mübadiləsi aparılıb, xalqın iradəsinin hər şeydən üstün olduğu vurğulanıb.

Ukrayna cəbhəsində Rusiya işğalına qarşı mübarizə və son günlər ərzində baş verən hərbi əməliyyatlar haqda məlumat dinlənilib.

Sanda cari məsələlər müzakirə olunub.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300