Bu məhsullar bahalaşıb- Siyahı

 

2023-cü ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-aprel aylarına nisbətən 113,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 116,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,7 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) "Qafqazinfo”ya verilən məlumata görə, 2023-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 112,8 faiz təşkil edib.

2023-cü ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 115,1 faiz təşkil edib.

Bu ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, yoqurtun, xamanın, pendirin, zeytun yağının, naringinin, portağalın, almanın, balqabağın, yerkökünün, soğanın, şəkərin, konfetlərin, çayın, mineral suların, pivənin, tütün məmulatlarının, ucuzlaşma isə əsasən çörəyin, unun, qarabaşaq yarmasının, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, kələmin, xiyarın, çuğundurun, kartofun, mərcinin qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2023-cü ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 111,3 faiz təşkil etmişdir. Aprel ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən yağlı boyaların, mebellərin, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, ucuzlaşma isə kəsilmiş taxtaların, mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2023-cü ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin aprel ayına nisbətən 110,7 faiz təşkil edib. Aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma mənzillərin icarə haqlarında, stomatoloji, bərbərxana, kosmetoloji, ictimai iaşə və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300