Məşhur ağrıkəsiciylə bağlı ilginc məlumat -
Güclü ağrıkəsici həb hesab olunan, Almaniya istehsalı "Nimesil” suspenziyası barədə ilginc məlumatlar yayılıb.

Bu barədə cebhe.info-ya şikayət daxil olub. Şikayətə görə, apteklərdə ağrıkəsici kimi istifadə olunan bu dərmanın iki fərqli variantda satışı təşkil olunur. Həbdən mütəmadi istifadə edən Bakı sakininin sözlərinə görə, bu günə qədər aldığı "Nimesil” dərmanının qutusunun hər iki tərəfi yazılı olub. Amma son "Nimesil”in qutusunda əks olunan yazılar və görüntülər tam fərqlidir.

Şikayətçi həmin suspenziyanı hazırlayıb qəbul etdikdən sonra da dadında fərq hiss etdiyini deyir: "Mən bu dərmanı mütəmadi qəbul edirəm. Çünki təsiri yaxşıdır. Ağrını tez kəsir və əhvalı yaxşılaşdırır. Amma son aldığım "Nimesil”lə bağlı nəsə şübhələrim oldu. Evə gətirəndə qutusunda əvvəlki həblə müqayisədə fərqlilik müşahidə etdim. Amma buna baxmayaraq qutunun içərisindəki tozu hazırlayıb qəbul etdim. Dadında fərq vardı. Həm də ağrını kəsmədi. Mənə elə gəlir ki, bu dərmanın saxta variantı satılır. İstehsalçı ölkə niyə fərqli qutular buraxsın ki?”

Məsələ ilə bağlı Zivərbəy Əhmədbəyov küçəsində yerləşən apteklərdən birinə baş çəkdik və mövcud şikayətlə bağlı əlimizdə olan fotoları təqdim etdik. Əczaçı xanımın sözlərinə görə, belə fərqli qutulara onların aptekində də təsadüf edilib: "Əslində hər iki qutuda firmanın adı göstərilib. Bunlar "Berlin Xemi” firmasının dərmanlarıdır. Bu dərman Almaniya istehsalıdır. Əgər qutunun üzərində "Belin Xemi” sözü yazılmasaydı, başqa səbəb düşünmək olardı. Yəni bu olur, qutularda belə fərqlilik çıxır. Amma saxta deyil. Bizdə də belə hallar olub.

Depodan soruşmuşuq, bizə deyiblər ki, qutudan belə çıxır”.

Şikayətçinin göndərdiyi fotoları təqdim edirik:





Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300