Müsavat Divanının gündəliyi

 

Aprelin 3-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə Müsavat başqanı Arif Hacılı, onun müavini Səxavət Soltanlı və Məclis üzvü Ayxan Hacıbəylinin Gürcüstana səfəri və beynəlxalq tədbirdə iştirakı barədə məlumat verilib. Sonra təşkilati məsələlər müzakirə olunub.

İclasda Azərbaycandakı ictimai siyasi vəziyyət müzakirə olunub. Qeyd edilib ki, xarici dövlətlərin, o cümlədən İranın Azərbaycandakı cəsus şəbəkəsinin ifşa olunaraq zərərsizləşdirilməsi hüquq-mühafizə orqanlarının görəvidir. Eyni zamanda həyata keçirilən hər bir həbs əsaslı və qanuni olmalı, günahsız insanların saxlanmasına rəvac verilməməlidir.

Qarabağda son durum, Ukraynada vəziyyət bə digər proseslər haqda fikir mübadiləsi aparılıb.

Siyasi partiyalar haqqında qanuna edilən mürtəce dəyişikliklərin aradan qaldırılması üçün birgə tədbirlərin təşkili təklif edilib.

Sonda cari məsələlər müzakirə olunub.


//Basta2.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300