Bakıda 10 ayın yol qəzaları: 187 ölü, 728 yaralı
 
2015-ci il yanvarın 1-dən noyabrın 2-dək Bakı şəhərində 665 yol-nəqliyyat hadisəsi baş verib. Bunu Trend-ə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, qəzalar nəticəsində 187 nəfər həlak olub, 728 nəfər xəsarət alıb: "Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 94 hadisə, 79 ölüm və 14 xəsarət faktı azdır. Faizlə desək, yol qəzaları 12, ölüm faktları 27, xəsarət almalar isə 4 faiz azalıb”.

Hadisələrin baş vermə səbəblərinə toxunan V.Əsədov qeyd edib ki, yol qəzaları daha çox sürət həddinin aşılması və qarşı hərəkət zolağına çıxma nəticəsində yaranır.

Onun sözlərinə görə, piyadaların vurulması ümumi hadisələrin 51 faizi, yolayrıcını keçmə - 9 faiz, sürət həddini aşma isə 41 faizini təşkil edir.

Bölmə rəisi cəzalandırılan sürücülərin statistikasını da açıqlayıb: "Yolun əks istiqamətinə çıxmaqla ötmə, yəni manevr qaydalarını pozan 7858, yolayrıcını keçmə qaydalarını pozan 161 515, ümumilikdə isə 791708 sürücü inzibati qaydada məsuliyyətə cəlb edilib. Bundan başqa, ilin əvvəlindən bu günə kimi Bakı şəhərində baş vermiş yol qəzaları nəticəsində 18 uşaq ölüb, 45-i xəsarət alıb. Görülən tədbirlər nəticəsində daha çox cərimə bal topladığı üçün 440 nəfər sürücülük hüququndan məhrum edilib”.(musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300