Öz kəndini azad edərkən şəhid olan Şükür Həmidovun-Doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür.

"Qafqazinfo" xəbər verir ki, Şükür Nəriman oğlu Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunda doğulub.

1990-cı illərin əvvəlində Birinci Qarabağ müharibəsibaşlanan zaman sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1993-cü ildə oradan məzun olan Şükür Həmidovhəmin il sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə verib və 1995-ci ildə oranı "Motoatıcı” ixtisası üzrə bitirib.

Ali hərbi təhsilini başa vuran Şükür HəmidovMüdafiə Nazirliyinin əmrinə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrinə göndərilib və 11 il orada xidmət edib. Şükür Həmidova Müdafiə Nazirliyinin 20 iyun 1997-ci il tarixli əmrinə əsasən, "leytenant”, 1999-cu ildə "baş leytenant”, 2002-ci ildə isə "kapitan” hərbi rütbəsi verilib.

Müxtəlif illərdə Şahbuz şəhərində "N” saylı hərbi hissədə Motoatıcı Tabor Komandirinin müavini, Naxçıvan şəhərində "N” saylı hərbi hissədə Motoatıcı Taborun Qərargah rəisi və sonra həmin hərbi hissədə Motoatıcı Taborun Komandiri vəzifəsinə təyin edilib.

Ş. Həmidov Füzuli rayonunun Horadiz şəhərində "N” saylı hərbi hissədə komandirin müavini - qərargah rəisi vəzifəsində xidmət edərkən qüsursuz xidmətinə görə 30 iyun 2010-cu ildə "polkovnik-leytenant” hərbi rütbəsi alıb.

Aprel döyüşlərində Milli Qəhrəman Horadiz şəhərində "N” saylı hərbi hissənin komandiri olub. Cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşləri o, idarə edilib. Nəticədə gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqeləri və Lələtəpə zirvəsi işğaldan azad olunub.

Buna görə də Prezident İlham Əliyevin20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs olub.

2016-cı il mayın 10-da isə müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Şükür Həmidova vaxtından əvvəl növbəti "polkovnik” hərbi rütbəsi verilib. Hərbi rütbə ona mayın 10-da Lələtəpə istiqamətində səngərdə təqdim edilib.

2020-ci ildə 2-ci Ordu Korpusunun komandir müavini olan Şükür Həmidovcənub istiqamətində aparılan döyüşləri idarə edənlərdən biri olub.

Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətləniblər. Oktyabrın 22-də səhər saatlarında 2-ci Ordu Korpusunun komandir müavini Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı Mahmudlu istiqamətində ön xətdə şəhid olub.

O, II Fəxri Xiyabanda dəfn olunub.

Şükür Həmidov ölümündən sonra Prezidentinin Sərəncamına əsasən,"Zəfər” ordeni, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300