Bloger polislə bağlı paylaşımından sonra həbs olunub

 

Nurlan Cəfərli polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilir

 

Müxtəlif internet televiziyalarıyla əməkdaşlıq edən bloger Nurlan Cəfərov (Cəfərli) həbs olunub. Onun haqqında Yasamal Rayon Məhkəməsində 15 günlük inzibati həbs qərarı çıxarılıb.

 

Bu barədə Meydan TV-yə məhkəmədən verilən məlumatda bildirilir ki, Nurlan Cəfərli martın 30-da axşam saat 19 radələrində hakim qarşısına çıxarılıb.

 

Onun işinə hakim Rəşad Cavadzadə baxıb.

 

"Onun haqqında polis bölməsində İnzibati Xətalar Məcəlləsinin 510 (xərda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə protokol tərtib olunub”, – məhkəmədən bildirilib.

 

Nurlan Cəfərli martın 30-da günorta saatlarında Ədliyyə Nazirliyinin qarşısında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvlərinin keçirdiyi etiraz aksiyasını lentə alan jurnalistlər arasında olub.

 

O, aksiyadan sonra "Facebook” hesabından Daxili İşlər Nazirliyinə və nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyevə müraciət ünvanlayıb.

 

Müraciətində göstərib ki, etiraz aksiyasında media nümayəndəsi kimi, "Time TV” kanalı üçün çəkiliş apararkən polis zorakılığına məruz qalıb, telefonu sındırılıb: "Bu videodakı özünə və vəzifəsinə hörmət qoymayan mülki geyimdə olan polis əməkdaşı öncə mənə zərbə vurdu, daha sonra belimdən yapışıb "padnoşka” adlanan güləş fəndi ilə yerə çırpdı. Telefonum düşüb ekranı çatladı. Bu telefonu yeni düzəltdirmişəm dostumuz Səfiyar Müzəffər bəyə. Hələ də 75 manatını maaş alanda ödəyəcəyimi bildirib, borclu qalmışam. İndi mənim bu telefonumun pulunu ödəməmiş kim düzəltdirəcək?

 

Məni ən yuxarı səviyyədə əməkdaşlarınız çox gözəl tanıyır, mənim damarıma basmağın heç kim üçün yaxşı bitməyəcəyini də gözəl bilirsiz. Şəxsən ictimaiyyət qarşısında söz verirəm, o polis nəfəri ya mənimlə əlaqəyə keçib öz maaşı ilə gedib mənim telefonumu düzəldəcək, ya da onun başına gətirəcəyim oyunlara görə "polisə qarşı zorakılıq” maddəsilə məni həbs edəcəksiniz…”.

 

Bu müraciətdən iki saat sonra Nurlan Cəfərli həbs olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300