Rusiya Silahlı Qüvvələrindən sonra "Hizbullah”ın da Suriyadan çəkildiyinə dair məlumat yayılıb.
Türkiyənin "Haberturk” qəzeti xəbər verir ki, livanlı şiə müxalif jurnalist, "Cənubiyə” saytının rəhbəri Əli əl-Emin yüzlərlə "Hizbullah” silahlısının Suriyadan çıxmağa başladığını açıqlayıb. O, bu hadisənin ABŞ-la Rusiya arasında əldə olunan razılaşma nəticəsində mümkün olduğunu deyib.
Mənbənin sözlərinə görə, "Hizbullah” Hələbdən çıxacaq, lakin Şam və Livanla sərhəddə olan Kalamun və Zebedani kimi bölgələrdə qalmaqda davam edəcək.