ABŞ-da atışma olub, ölənlər var

 

ABŞ-ın Vaşinqton ştatının Yakima şəhərində mağazada baş verən atışma nəticəsində azı 3 nəfər ölüb.

"Report” xəbər verir ki, bu barədə çərşənbə axşamı CNN şəhərin polis idarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, yerli vaxtla saat 03:30-da (Bakı vaxtı ilə saat 14:30) naməlum şəxs Yakima şəhərində yerləşən "Circle K" mağazasına daxil olaraq atəş açıb, bundan sonra o, yolu keçərək içərisində sərnişin olan avtomobili qaçırıb. Hadisəni törədən şəxs qaça bilib.

Əraziyə gələn polis əməkdaşları xəsarətlərdən yerindəcə ölən 3 nəfərin meyitini aşkarlayıblar. Hüquq-mühafizə orqanları cinayətkarın oğurladığı avtomobilin sərnişininin də öldürülə biləcəyini istisna etmirlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300