Ağcabədi rayonunda icra başçısı Şahin Məmmədovla sakinlərin görüşünün səs yazısı yayılıb. Səs yazısında dövlət tərəfindən rayonun sosial-iqtisadı inkişafı üçün ayrılan milyonlarla vəsaitin necə xərclənməsi ilə bağlı icra başçısının maraqlı fikirləri yer alıb.

 

09 mart 2016 cı ildə icra başçısı, Ağcabədi rayonunun Şənlik kəndinə əhali ilə görüşməyə gedib. Bu görüşdən cumhuriyyet.az-a göndərilən səs yazısında Şahin Məmmədov kənd əhalisinə deyir ki, onlara içməli su və təmir olunmuş yol lazımdır: "İcra başçısı bildirib ki, kimin nəyinə lazımdır ki, hansısa işə nə qədər pul ayrıldığını öyrənməyə cəhd etsin. Bu pullar kiminsə dədəsinin deyil ki, narahat olsunlar. Əgər mən bu pullara tamah salmıramsa, siz niyə tamah salırsınız?"

Ən maraqlısı isə bu olub ki, Şahin Məmmədov əhaliyə deyib ki, bura gəlib işləmək istəyən təşkilatlar yazı-pozudan qorxur: "Əgər bir də bu kənddən kimsə, hansısa şikayət dolu yazını yazıb mətbuata ötürsə onu əhali yığışaraq daş qalaq etsinlər”.  


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300