Qazaxıstanda deputat Rusiyanın işğalına dəstək verdiyi üçün partiyadan xaric edilib

 

Qazaxıstanın "Ak Jol" (İşıqlı Yol) Partiyası Rusiyanın Ukraynadakı işğalına dəstək verdiyinə görə partiyanın sədr müavini, parlamentin (aşağı palata) deputatı Əzəmət Abildayevi partiyadan edib.


Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Abildaev mediaya müsahibəsində Rusiya rəhbərliyinin Ukraynada "xüsusi hərbi əməliyyat” (işğalçı savaş-red.) keçirməsi ilə bağlı hərəkətlərini dəstəkləyib və Ukrayna rejimini nasist adlandırıb.

Partiyanın mətbuat xidmətinin məlumatına görə, Abıldayevin cümə axşamı səsləndirdiyi fikirlərə "Ak Yol” milli şurasının plenumunun iclasında baxılıb və onlara "siyasi qiymət” verilib.

"Abildayevin sözləri "Ak Yol” partiyasının mövqeyi ilə ziddiyyət təşkil edir, həm partiya, həm də parlament etikasını pozur... "Ak Yol” partiyası respublikamızın və digər dost dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə həmişə hörmətlə yanaşacaq və dəstəkləyəcək”, -deyə hesabatda bildirilir.

Bununla bağlı iclasda Abıldayevin "Ak Yol” partiyasından çıxarılması, həmçinin onun deputat mandatının dayandırılması ilə bağlı Mərkəzi Seçki Komissiyasına məktub göndərilməsi qərara alınıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300