"Sonradan bildim ki, biz ögey qardaş imişik"- Allahşükür Paşazadə

 

 

"İran tarixdə və islam tarixində böyük səhv edir, bu da bağışlanmazdır".

 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib.

 

"Biz İranı qardaş bilirdik və qardaşımızın belə addım atmasını istəmirdik", - deyə o vurğulayıb.

 

A.Paşazadə Tehranın İrəvanla qardaşlaşmasını səhv addım hesab edir: "Biz onları qardaş tanıyırdıq. Amma sonradan gördük ki, bu qardaşın başqa qardaşı da varmış. Biz ögey qardaş imişik. Hesab edirəm ki, onlar öz səhvlərini başa düşəcək. Onlar tarixdə və islam tarixində böyük səhv edirlər ki, bu da bağışlanmazdır. Ümid edirəm ki, səhvlərini başa düşüb geri qayıdacaqlar".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300