Həbsdə olan "Broker Əbülfəz” və oğlu məhkəməyə verildi

 

Həbsdə olan "Broker” MMC-nin sahibi, "Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikov məhkəməyə verilib.

 

"Qaynarinfo" xəbər verir ki, iddiaçı Nağıyev Oqtay Rüfət oğlu adlı şəxsdir.

 

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatındadır.

 

Məhkəmə çəkişməsinin səbəbi korporativ mübahisələridir.

 

Oqtay Nağıyev Əbülfəz Məlikovla yanaşı, "MA Group” və "Agro Land MMC” şirkətlərini də məhkəməyə verib.

 

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Agro Land MMC”nin adına rast gəlinmir. Bu baxımdan, şirkətin nə zaman yaradıldığı, nizamnamə kapitalının məbləği, hüquqi ünvanı və qanun təmçsilçisi bəlli deyil.

 

"MA Group” MMC isə 14 avqust 2020-ci ildə qeydiyyata alınıb.

 

Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Mikayılov Ceyhun Altay oğludur.

 

Ceyhun Mikayılov haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

 

İş üzrə Əbülfəz Məlikovun da cavabdeh kimi göstərilməsi bu şirkətlərin ona yaxın olması barədə ehtimalları artırır.

 

Bu arada Əbülfəz Məlikovun oğlu Murad Məlikov da məhkəməyə verilib.

 

İddiaçı Qaybalıyev Xaqani Alcan oğludur.

 

İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.

 

İşin mahiyyəti korporativ mübahisələrdən ibarətdir.

 

Xaqani Qaybalıyev "Şəmkir Aqropark”ın direktoru vəzifəsində çalışıb.

 

O, Murad Məlikovla yanaşı, "Aqro Səlyan” MMC-ni də məhkəməyə verib.

 

Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin (DGK) yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

 

O, Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300