Vaxtanq Kikabidze vəfat edib

 

Gürcüstanın Xalq artisti, tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze 85 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın "Mtavari Arxi" televiziyası məlumat yayıb.

Vaxtanq Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib.

1959-cu ildə Tbilisi filarmoniyasına işə düzəlir, solist kimi qastrollara gedir. Dostları ilə birlikdə əvvəlcə "Velo”, sonra isə "Orero” qrupunu yaradaraq gürcü, rus, italyan və ingilis dillərində mahnılarla konsertlər verir. Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır.

Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.

Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.

2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq "Veselo" Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.

Gürcüstan SSR xalq artisti (1980), Ukraynanın əməkdar artisti (2013), SSRİ Dövlət mükafatı (1978) və Gürcüstan Dövlət mükafatı laureatı (2013) olan sənətçi 2020-ci ildən 7-ci çağırış Gürcüstan parlamentinin fəal deputatı olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300