Müsavat rəhbərliyi aclıq edənlərə baş çəkdi

 

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu ilə həmrəylik əlaməti olaraq bu gün daha 5 fəal aclıq aksiyasına qoşulub və aksiyanın iştirakçılarının ümumi sayı 13 nəfərə çatıb.

Bu gün AXCP fəalları Günel Babayeva və Gülnarə Rəhimova siyasətçinin həyat yoldaşı, yanvarın 7-dən aclıq edən Maya Yaqubluya qoşulublar.

Elə bu gün Müsavat Partiyasının qərargahında AXCP üzvləri Təvəkkül Həsənov, İsmailiddin Qasımov və Zəkrulla Nağıyev aclığa başlayıblar. Onlar yanvarın 8-dən Yaqublunun evində aclıq edən Seymur Əhmədsoya və Elnur Quliyevə qoşulublar.

Bu gün Müsavat başqanı Arif Hacılı, onun müavinləri Gülağa Aslanlı və Fərəc Kərimli, Məclis üzvü Kərimxan Zeynalov aclıq edənlərə baş çəkiblər.


 

Qeyd edək ki, yanvarın 9-da AXCP fəalları Babək Həsənov, Əlizamin Salayev, Ceyhun Novruzov, Əlizamin Kazımov, Sakit Məmmədli, Tofiq Məmmədov və Müsavat Partiyasının üzvü Əziz Məmiyev aclıq aksiyasına qoşulublar.

Bu gün Müsavat Partiyasının qərargah-mənzilində "təcili yardım” həkimləri aclıq aksiyasının iştirakçılarını müayinə ediblər. Fəalların səhhətində ciddi problemlər aşkar edilməyib.

Aksiya iştirakçıları Tofiq Yaqublunun, ictimai fəal Bəxtiyar Hacıyevin və digər siyasi fəalların azad edilməsini tələb edirlər.

"Hələlik hökumətdən tələblərimizə heç bir cavab gəlməyib. Hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar bizə baş çəkiblər, dəstəklərini ifadə ediblər”, deyə aksiya iştirakçısı Babək Həsənov bildirib.

Tofiq Yaqublunun həyat yoldaşı, yanvarın 7-dən aclıq edən Maya Yaqublu böyrəklərində ağrılar başladığını deyib.

"Amma mən həkimə müraciət etmirəm. Hələlik tələblərimizə cavab yoxdur. Bu gün mən Müsavat Partiyasının qərargah-mənzilində aclıq edənlərə baş çəkəcəyəm”, deyə M.Yaqublu bildirib.

* Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azad edilməsi tələbi ilə keçirilən etiraz aksiyasında saxlanılıb.

Elə həmin gün Səbail Rayon Məhkəməsi onu kiçik xuliqanlıq və polisə tabe olmama ittihamı ilə 30 gün müddətinə həbs cəzasına məhkum edib. Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Etiraz əlaməti olaraq Yaqublu aclıq elan edib.

** Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad edilməsi tələbi ilə aclıq elan edib. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsinin növbəti dəfə onun həbsindən verdiyi şikayəti təmin etməməsindən sonra Hacıyev aclığı bərpa edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300