Ali Məhkəmə hakiminin diplomu saxtadır-FOTOFAKT

Dekabrın 23-də Milli Məclisin Plenar İclasında "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər edilməsi barədə aparılan müzakirələrdə deputat Etibar Əliyev Ali Məhkəmənin hakimi Abiddin Hüseynovun diplomunun saxta olması barədə fikir səsləndirməsi böyük marağa səbəb olub

Yenisabah.az-a bu barədə olduqca maraqlı məlumat daxil olub. Məlumatda deyilir: "Etibar Əliyevin Abiddin Hüseynovun diplomunun saxta olması barədə səsləndirdiyi fikirlər doğrudur. Hakim Abiddin Hüseynov bioqrafiyasında təqdim etdiyi ali məktəbin adını səhv yazmaqla hakimiyyətin yüksək orqanlarını aldatmağa nail olub.

Belə ki, Ali Məhkəmənin saytında onun Rusiya Hüquq Akademiyasını bitirdiyi göstərilir. Əslində o, mövcud olmayan bu akademiyanı deyil, Dağıstanda lisenziyasız fəaliyyəıət göstərən "Yujdağ” instititunda təhsil alıb (Diplomun surəti əlavə olunur)".

Məlumatlı şəxs deyib ki, A.Hüseynov qanunsuz fəlaiyyət göstərən bu institutda cəmi 2 il təhsil alıb:"Diplomda göründüyü kimi, guya əyani formada təhsil alıb. Bu dönəmdə o, 2000-2003-cü illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquq şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb. Demək əyani təhsil qeyri-mümkündür. Adam bioqrafiyasında bitirdiyi ali məktəbin adını bilərəkdən səhv yazıb, 2 il "təhsil aldığı” qanunsuz ali məktəbin diplomu ilə 7 il Apellyasiya məhkəməsində, 2020-ci ildən indiyə kimi isə Ali Məhkəmənin hakimi vəzifəsində çalışır. Analoqu olmayan hadisə baş verib. İki illik saxta diplomla məhkəmə sisteminin ən yüksək instansiyalarında hakim işləmək olarmış".

Məlumatlı şəxs hesab edir ki, Məhkəmə Hüquq Şurası bu məsələni ciddi araşdırıb Abiddin Hüseynovun məkəmə orqanlarından xaric olunması barədə qərar qəbul etməlidir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300