"Xəzər” Universitetində Nəsiman Yaqublunun "Şuşa irsi” kitabının təqdimatı keçirildi

"Xəzər” Universitetində tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun "Şuşa ziyalıları: unudulmuş irs” ktabının təqdimatı keçirilib.

Tələbələrin böyük marağı və fəallığı ilə keçirilən tədbirdə N.Yaqublu geniş çıxış edib.

 

N.Yaqublu ilk öncə bu layihəyə dəstək vermiş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.N.Yaqublu çıxışında bildirib ki, sovet rejimi dövründə Azərbaycandan və eləcə də əslən Şuşadan olan çoxlu sayda tanınmış ziyalılar vətəni tərk etmək məcburiyyətində qalıb müxtəlif ölkkələrdə yaşayıblar.Onlar, eyni zamanda, həmin ölkələrdə zəngin irs qoyub gediblər. Bu ilin "Şuşa ili” elan edilməsi imkan yaradırdı ki, həmin şəzsiyyətlərin irsi toplanılıb Azərbaycana gətirilsin və kitab olaraq nəşr edilsin.Bu sırada Əhməd bəy Ağaoğlunun, Ceyhun bəy Hacıbəylinin, Hilal Münşinin, Abay Mirzənin, Hüseyn Baykaranın, Hüseyn Mirzəcamalbəyovun adlarını çəkmək mümkündür.

N.Yaqublu qeyd edib ki, təbii ki, bu araşdırma prosesi gələcəkdə də davam edəcək, unudulmuş zəngin mühacirət irsimiz toplanılıb nəşr olunacaq və Azərbaycan tarixini zənginləşdirəcək.

Tədbirin soununda N.Yaqublu verilən sualları cavablandırıb və müəllif imzasıyla tələbələrə kitablar hədiyyə edib.




 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300