Siqaret çəkənlərə XƏBƏRDARLIQ

 

Ohayo Dövlət Universitetinin alimləri siqaret çəkənlərdə yaddaş itkisi və çaşqınlıqda özünü göstərən koqnitiv geriləmə proqnozlaşdırıblar.

Mütəxəssislər ümumilikdə 45 yaş və daha yuxarı yaşda olan 136 000 "çox uzun müddət əvvəl siqaret çəkən”, "siqareti bu yaxınlarda buraxan” və ya "hələ də siqaret çəkən” insanların günlük yaşayışını öyrəniblər.Onlar siqaret və koqnitiv tənəzzül arasındakı əlaqə ilə maraqlanmaq üçün iştirakçılardan yaddaş pozğunluğu və ya zehni aydınlıq haqqında sualların daxil olduğu öz-özünə sorğu formalarını doldurmağı xahiş ediblər.

İştirakçıların təxminən 11 faizi subyektiv koqnitiv geriləmə olduğunu bildirib. Nəticədə siqaret çəkənlər arasında bu pozğunluqların yayılması sağlam insanlardan iki dəfə çox olub. On ildən az əvvəl siqareti tərgidənlər arasında nevroloji problemlərin tezliyi siqaret çəkməyənlərlə müqayisədə 1,5 dəfə çox olub.

Ən bariz korrelyasiya 45-59 yaş qrupunda müşahidə olunub. Tədqiqatçılar hesab edirlər ki, həyatın bu mərhələsində siqareti tərgitmək təkcə ürək-damar və tənəffüs xəstəliklərindən qoruya bilməz, həm də koqnitiv sağlamlığı inkişaf etdirə bilər. Eyni zamanda, tədqiqatın ən yaşlı qrupunda oxşar nəticələr qeydə alınmayıb. Tədqiqatçılar hesab edirlər ki, yalnız siqareti erkən buraxmaq ən böyük fayda gətirə bilər.

Təhlillər nəticəsində məlum olub ki, sorğudan on ildən çox əvvəl siqareti tərgitmiş insanlar siqaret çəkməyənlərə nisbətən subyektiv koqnitiv geriləmənin yalnız bir qədər yüksək yayılmasına malikdirlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300