İrana görə BMT-nin xüsusi sessiyası çağırılacaq

 

"İran rejiminin cinayətlərinin araşdırılması üçün BMT-nin İnsan Haqları Komitəsinin xüsusi sessiyasının çağırılması planlaşdırılır”.

Uluyol.info "Report”a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts tviterdə yayımladığı həftəlik videomüraciətində bildirib.

Onun sözlərinə görə, İran BMT-nin üzvüdür və üzərinə insan hüquqlarının qorunması öhdəliyi götürüb.

Kansler əlavə edib ki, rəsmi Berlin İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) və siyasi rəhbərliyə təzyiqləri artırmaqda davam edəcək.

Qeyd edək ki, İranın hərbi-polis qüvvələri "əxlaq polisi” tərəfindən saxlanılan Məhsa Əmininin ölümü ilə əlaqədar etirazlarda iştirak edən 50-si uşaq olmaqla 330 nəfəri qətlə yetirib. Aksiyalarda 15 092 nəfər tutulub. Onların 1 954-nün kimliyi və saxlanıldığı yer məlum deyil. Həbs olunanların 440-ı isə tələbədir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300