Məmməd Məmmədovun bütün tender gizlinləri saxlanılan "qutu”nun Zahir Vəliyev tərəfindən gizlədildiyi deyilir 

"Aztelekom” MMC-yə yeni direktor təyinatından sonra ortaya başqa bir məsələ çıxıb. Bu dəfə əsas məsələ "qara çanta” ilə bağlıdır.

Məlumatda deyilir ki, sabiq direktor Məmməd Məmmədovun bütün tender və obyektləri ilə bağlı informasiyaların cəmləşdiyi həmin "qara çanta”dadır. Və o açılarsa, "Aztelekom”da uzun illərdən bəri baş vermiş dəhşətli yeyintilərin üzərinin açılaca biləcəyi vurğulanır. 

Mənbə iddia edir ki, həmin "qara çanta” bir müddət MMC-nin direktorunun səlahiyyətlərini icra edən Zahir Vəliyevdədir. Və onun ələ keçməməsi üçün bir sıra addımlar atılır. Deyilənlərə görə, Vəliyev Məmmədovla çox yaxın olmaqla yanaşı, həm də biznes ortaqları olublar. 

Bu əsnada, Zahir Vəliyevlə bağlı maraqlı məlumatlar da üzə çıxıb. JAM.AZ-ın elektron ünvanına daxil olan məlumatlarda qeyd edilir ki, sözügedən şəxs Məhəmməd Məmmədovun «sağ əli» olmaqla yanaşı, həm də «Aztelekom»un «qara kassası» kimi də tanınırmış. Vəliyev həmçinin rəhbərlik dəyişsə də, əvvəlcədən yaratdığı şirkətlər vasitəsi ilə dövlət pullarını mənimsəməkdə ittiham olunur.

Məlumatı göndərən şəxs yazır ki, «DataPlus» və «CNC Qlobal» bu qəbildən olan şirkətlərdəndir və ora Zahi Vəliyev oğlu Tariyel Vəliyevi payçı edib. İddia edilir ki, Tariyel Vəliyev atasının hesabına 200 minlik «Galenvagen» markalı maşın sürür. Hətta onun maşınlarının fotolarını da bizə göndərib.

Həmin məlumatda vurğulanır ki, Tariyel Vəliyev ov həvəskarıdır və bu səbəbdən də dövlət büdcəsinin pulu hesabına başqa bir maşına da sahib olub. «Onun başı əyləncələrdən ayrılmır. Atasının hesabına kef məclisləri qurur. «QTelekom» MMC tərəfindən milyonlarla dəyəri olan FO kabel və DSLAM avadanlığını dövlətin balansında olsa da, satıblar».

İşin ən ilginc tərəfi isə Zahir Vəliyevin xüsusi ayamaya sahib olmasıdır. JAM.AZ-a yazan mənbə iddia edir ki, Quba zonasında «Aztelekom»un başında duran sözügedən şəxsi hamı «Qubalı Dollar Zahir» kimi tanıyırlar. «Bu adam Quba zonasında nə qədər savadlı, savadsız qohumları varsa, hamısına rabitə sistemində iş verdirib. Bu azmış kimi, bölgə üzrə yerli şöbələrin rəhbərlərindən də evinin bazarlığını etməsin tələb edir. Qubada 4 mərtəbəli villası var».


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300