"OKEAN Avtosalon" oğurluq maşınlar satırmış- DƏHŞƏTLİ FAKTIN İFŞASI

 

7NEWS.az xəbər verir ki bu barədə zərərçəkən Elvin Hüseynzadə məlumat verib. Məlumatda deyilir: "2020-ci ilin aprel ayında Babəkprospektində yerləşən OKEAN Avtosalon - okean.az-dan 3 illik müddətə kreditlə maşın almışam, təxminən 7 aya borcu bağlamışam. Salon da mənə arayış təqdim edib ki, həqiqətən borc bağlanıb və maşını adıma keçirtməyimə etiraz etmirlər.

 

Maşını adıma keçirtmək üçün müxtəlif vaxtlarda salon nümayəndəsinə telefonla müraciət etsəm də, ya vaxtı olmayıb ya da başqa səbəblərdən məsələ uzanıb.

 

Bu ilin iyul ayında axır ki, "şeytanın qıçını qırıb" maşını mülkiyyətimə keçirtmək üçün salonun səlahiyyətli nümayəndəsi ilə "Meyvəli"də görüşdük və maşına texniki baxış keçirildi.

 

Bu zaman məlum oldu ki, maşının matorunun axırıncı bir neçə nömrəsi sanəye üsulu ilə yazılmayıb, oturacağın altında yerləşən ban nömrəsi əlnən qaynaq üsulu ilə dəyişdirilib və sol qapıda olan etiketin qulağı kəsik olduğu üçün etiketin dəyişdirilməsi şübhəsi yaranıb (maşın məndə olan müddətdə texniki baxışdan keçərkən bu faktların heç biri üzə çıxmayıb).

 

Daha sonra maşın ekspertizaya göndərildi və məlum oldu ki, maşında heç bir qəza olmayıb, sadəcə mator nömrəsi, ban nömrəsi və qapıdakı etiketə "barmaq olunub" (dostların dediyinə görə qəza olmayıbsa, bu hal yalnız maşın oğurluq olanda olur).

 

Maşını aldığım salon "2 ildi maşını sənə satmışam" deyib məsələyə yaxın durmur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi isə bildirir ki, maşın həqiqətən məndə olan müddətdə qəzaya uğramayıb, sadəcə kimsə yuxarıdakı dəyişilikləri edib.

 

Yəni, uzun sözün qısası, mənə görə Okean avto salon mənə oğurluq maşın satıb. Salona görə isə mən özüm öz maşınımı aşırıb, sonra başqa maşın oğurlayıb, aşırdığım maşının ban nömrəsini oğurladığım maşına qaynaqlamışam.

 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşlarına görə isə vəziyyət çox kritikdir, o qədər kritikdir ki, 4 ay keçməsinə baxmayaraq proses olduğu kimi qalıb.

 

Bu məsələyə görə bir neçə dost dəstək olmağa çalışdı. Hər birinə təşəkkür edirəm! Təəssüf ki, dostlarımın yönəltdiyi DYP əməkdaşları top kimi məsələni bir-birilərinin üzərinə ataraq, hadisəyə "çörək" kimi baxdılar. "Çörək"ləri də bahalı olduğu üçün nə mən verə bilirəm, nə də onlar "yeyə" bilir.

 

Gəldiyim son nəticə budur ki, dedikləri 2500 AZN-i ödəməsəm işim bu formada, donmuş şəkildə qalacaq.

 

SUAL: bu keyslə məhkəməyə müraciət etsəm, qalib gəlmək şansım nə qədərdir? Və ya bu məsələni məhkəməsiz həll etmək mümkündürmü?

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300