"Bu iştirak etdiyim dördüncü parlament seçkisidir. Ən biabirçısı isə bu dəfəki seçkilər oldu”. Bu sözləri Cebhe.info-ya 30 sayli Suraxanı I Seçki Dairəsindən namizəd kimi seçkilərdə iştirak etmiş Vurğun Əyyub deyib.  Onun sözlərinə görə, namizəd olduğu dairənin bir neçə məntəqəsində "karusel” əməliyyatı həyata keçirilib:
 
     "Görünür bu, hesabat aparanlara kifayət etməyib. Seçkinin sonunda qutulardan bülletenlərin sayı əhəmiyyət daşımadı. İstədikləri rəqəmləri, istədikləri şəkildə yazdılar və böyük səs üstünlüyü ilə YAP-ın namizədinə səs veriblər. Sevinc Fətəliyevaya o qədər yüksək səs yazıblar ki, digər namizədlərin nə qədər səs toplamasının əhəmiyyəti qalmayıb”. 
 
      Vurğun Əyyub qeyd edib ki, seçki prosesində izlənilən saxtakarlıqlar təkcə Sevinc Fətəliyevanın xeyrinə səs toplamaq həvəsi deyil, həmçinin 30 saylı Suraxanı I Seçki Dairəsindən səs verən vətəndaşlara təhqirdir: "Məntəqələrdə olan qanun pozuntuları ilə bağlı bütün materiallar seçki qərargahında toplanıb. Şikayətlər, aktlar və digər nöqsanlarla bağlı materiallarla Mərkəzi Seçki Komissiyasına müraciət edəcəyəm”.
 
Alçina Amilqızı 
Cebhe.info 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300