Avropa İttifaqı Ukraynaya 25,5 milyon avro ayırdı

 

Avropa İttifaqı enerji sisteminin qorunması üçün Ukraynaya təcili olaraq 25,5 milyon avro ayırıb və bu ölkəyə milyonlarla avro dəyərində enerji avadanlıqları verib.

Uluyol.info xəbər verir ki, bu barədə Avropa komissarı Kadri Simsonun Kiyevə səfərinin yekunlarına dair Brüsseldə yayılan bəyanatında deyilir.

Bəyanatın mətnində deyilir ki, Rusiya silahlı qüvvələri son həftələrdə və aylarda Ukraynanın enerji infrastrukturuna intensiv hücumlar edir, bu da ölkənin enerji sisteminin 30%-ə qədərinə təsir edib. Qeyd olunub ki, Aİ ölkələrinin Ukraynaya dəstəyinin səviyyəsi təcili olaraq artırılmalıdır.

Avadanlıqdan əlavə, Aİ Avropa Komissiyası tərəfindən yaradılmış Ukrayna Enerji Dəstəyi Fondu vasitəsilə yerli enerji sisteminin fövqəladə ehtiyaclarını ödəmək üçün 25,5 milyon avro ayırıb.

Vurğulanıb ki, yaxın günlərdə Avropa Komissiyası və Ukrayna Energetika Nazirliyi tərəfindən özəl sektordan əlavə dəstəyin səfərbər edilməsi üçün məqsədyönlü kampaniyaya start veriləcək./Report/

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300