Pensiyaya çıxan zaman heç bir sənəd lazım olmayacaq

 

Pensiyaya çıxan və sosial müavinətə müraciət edən zaman daha heç bir sənəd təqdim etməyə ehtiyac olmayacaq.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar bayramov "Əmək Pensiyaları”, "Sosial Müvaniətlər” və "Sosial Xidmət” haqqında qanunlara edilən dəyişikliklərdən danışarkən deyin.

Deputat deyir ki, lazım olan bütün sənədlər və məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsi ilə məsul dövlət qurumunun özü tərəfindən əldə ediləcək:

"Əgər hər hansı sənəd elektronlaşdırılmayıbsa o zaman vətəndaşın razılığı ilə dövlət qurumu özü digər quruma sorğu göndərib onu əldə edəcək. Məsələn, əgər vətəndaşın pensiya yaşı tamam olubsa və o pensiyaya müraciət edibsə, o zaman həmin şəxsdən heç bir sənəd tələb edilməyəcək. Hətta hansısa sənəd, məsələn, arxiv ilə bağlı hər hansı məlumat elektronlaşmayıbsa o zaman Dövlət Sosial Müdafiə Fondu öz sorğu göndərib həmin informasiyanı əldə edəcək”.

Vüqar Bayramov hesab edir ki, bu dəyişikliklər şəffaflığın gücləndirilməsi və hesabatlılığın artırılması baxımdan əhəmiyyətlidir:

"Praktik olaraq, son dəyişikliklər ilə əksər xidmətlərə müraciət elektronlaşır və məmur-vətəndaş birbaşa ünsiyyəti minimumlaşdırır. Nəticədə, xidmətlərə müraciətlər üzrə elektron model daha da güclənir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300