Müsavat başqanı Brüsseldən yazdı

 

Müsavat başqanı Arif Hacılı Brüsselə səfəri çərçivəsində ALDE liderlərinin görüşündə iştirak edib. Bu haqda o, özünün feysbuk səhifəsində yazıb.

Toplantıda Belçika, Hollandiya, Lüksemburq baş nazirləri, Avropa ölkələrində hakimiyyətdə və müxalifətdə olan partiyaların liderləri, Avropa Parlamentinin üzvləri iştirak edib.

"Rusiyanın Ukraynaya təcavüzü, İranın Rusiyaya verdiyi dəstəyin müharibənin gedişinə təsiri, indiki dövrdə və perspektivdə ALDE üzvü olan siyasi partiyaların əsas fəaliyyət istiqamətləri müzakirə olundu. Çoxtərəfli və ikitərəfli görüşlərdə postsovet məkanı ölkələrinin qarşılıqlı münasibətləri və əməkdaşlıq məsələləri, bu ölkələrdə demokratiya və insan haqlarına aid problemlər, həmçının Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqının daha sıx əməkdaşlıq perspektivləri barədə ətraflı müzakirələr apardıq. Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq münasibətlərinin formalaşması sahəsində mövqeyimizi iştirakçıların diqqətinə çatdırdıq” – deyə, Müsavat başqanı qeyd edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300