Paşinyan Azərbaycana görüşlə bağlı təklif edib

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının iclasının oktyabrın 31-də keçirilməsini təklif edib.

Uluyol.info xəbər verir ki, o, bu barədə özünün tviter hesabında yazıb.

Paşinyan görüşün Belçikanın paytaxtı Brüsseldə təşkil ediləcəyini bildirib.

Xatırladaq ki, bu barədəoktyabrın 2-də Azərbaycan vəErmənistanın xarici işlər nazirlərinin Ceyhun Bayramov vəArarat MirzoyanınCenevrədə keçirilən görüşündə müzakirə aparılıb. Görüşün noyabrda keçiriləcəyi planlaşdırılmışdı.

Qeyd edək ki, Delimitasiyası üzrə dövlət komissiyalarına Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan rəhbərlik edir.

Qriqoryan və Mustafayev arasında sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya formatında ilk görüş mayın 24-də Ermənistan və Azərbaycan sərhədində baş tutub. İkinci görüş isə avqustun 30-da Moskvada Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə keçirilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300