Tenderlə gündəmə gələn qurumun 17 əməkdaşı məhkəməyə müraciət etdi

 

 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsinin 17 əməkdaşı təmsil etdikləri qurumla bağlı məhkəməyə müraciət edib.

 

Qaynarinfo-nun məlumatına görə, idarə əməkdaşlarının məhkəmədən əsas tələbi "Əmək mübahisələri - Əmək haqqı tələbi” ilə bağlıdır.

 

Bunlar Rüstəmov Anar Qurban oğlu, Fərəcov İsmayıl Vəzir oğlu, Həziyev Mədət Adına oğlu, Fərəcov Vəzir Vəkil oğlu, Nağıyev Xannar Balaşirin oğlu, Məmmədov Vasif Yaylaq oğlu, Əhmədov Mirzə Əlriza oğlu, Bəşirov Mahir Babalar oğlu, Abbbasov Vaqif Lətifbala oğlu, İsmayılov Əliəsgər İsmayıl oğlu, Ruma Sahil Əsəd oğlu, Hüseynov Akif Qulam oğlu, İskəndərov Rufulla Ərəstun oğlu, Məmmədov Eldəniz İsa oğlu, Pirquli Yavər İzzətulla oğlu, Həziyev Elman Mədət oğlu, Mirzəliyev Zahid Dədəqardaş oğlu və Şahbazov Məhəmməd Hüseyn oğludur.

 

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti və Qusar Suvarma Sistemləri İdarəsi yenidən tender qaydalarını kobud şəkildə pozub.

 

Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədi ilə su nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası (İkinci Şıxlı təsərrüfatı üzrə) obyekti üzrə tikinti işlərinin satınalınması və Qusar Suvarma Sistemləri İdarəsi kanalların lildən təmizlənməsi və çay məcralarının tənzimlənməsinin satınalınması ilə bağlı tenderlərə yekun vurulub. Hər iki tenderin qalibi Sumqayıt Melioservis İdarəsi olub.

 

Tərəflər arasında imzalanan müqavilənin dəyəri 905718.82 AZN və 247233.6 AZN-dir.

 

Tender qaydalarına zidd olaraq müsabiqə qalibinin 11338.50 AZN vergi borcu borcu var.

 

Bundan əvvəlki 6 tenderlərin qalibi olan Sumqayıt Melioservis İdarəsinin 100 mindən çox vergi borcu yaranmışdı.

 

Qurum məsələ ilə bağlı açıqlama verərək bildirmişdi ki, tender vaxtı yaranan borc cari vergi borcu olub və tam olaraq dövlət büdcəsinə ödənilib: "Hazırda müəssisəmizin dövlət büdcəsinə heç bir tədiyyə növü üzrə borcu yoxdur".

 

Hazırki iki məsələyə gəlincə, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat katibi Dilqəm Şərifov bununla bağlı açıqlama veriləcəyini bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300