Azərbaycan Bütövlük Platforması təsis olundu -FOTO

 

Bu gün Azərbaycan Bütövlük Platformasının təsis toplantısı keçirilib.

Toplantını giriş sözü ilə açan təşəbbüs qrupunun sədri Bəhram İsmayılov təşkilatın məram və məqsədlərindən danışaraq bildirdi ki, Azərbaycan Respublikasının güclənməsi, Güney Azərbaycanda aparılan istiqlal mücadiləsinə dəstək, Türk Dövlətlərinin inteqrasiyasının sürətlənməsi üçün insanlarımızın ideoloji mübarizəsini, təşkilatlanmasının vacibliyini əsas hesab edərək, Azərbaycanın Bütövlük Platformasını təsis etmək qərarına gəldik.

Toplantıda Azərbaycan Xalq Partiyası sədri Pənah Hüseyn, Milli Şair Rüstəm Behrudi, Ümid Partiyasının sədr müavini Taleh Əliyev, VHP Ali Məclisinin sədri Felmar Ələkbərli, BAXCP sədr müavini Əli Həziquliyev, hərəkatçı Elçin Paşayev və başqaları çıxış edərək ABP-nin yaranma zərurəti, fəaliyyəti və ideyası haqqında danışıblar.

Çıxışlarda bildirilib ki, Azərbaycanın Bütövlük Platforması Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan şəxsləri və ictimai qurumları birləşdirən ideoloji hərəkatdır. ABP-nin məqsədi Azərbaycan xalqının öz tarixi torpaqlarında bütöv, milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulmasıdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300