Zaxarova: "Makronun açıqlamalarını kobud və qətiyyən qəbuledilməz hesab edirik”

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki rolu ilə bağlı açıqlamalarına münasibət bildirib.

"Biz E.Makronun Rusiyanın guya Qarabağ münaqişəsindən Cənubi Qafqazda sabitliyi pozmaq üçün istifadə etməsi ilə bağlı açıqlamalarını kobud və qətiyyən qəbuledilməz hesab edirik. Bu cür bəyanatlar Qərbin Rusiyaya qarşı siyasi xəttinə uyğundur və qarşıdurma məntiqini Ukraynadan postsovet məkanının digər hissələrinə, o cümlədən Cənubi Qafqaza köçürmək cəhdlərinə dəlalət edir. Fransa prezidentinin absurd uydurmaları Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərməməsindən danışır və onun ölkəsinin bölgədə konstruktiv rol oynaya bilməsini şübhə altına alır.

Hətta Bakı ilə İrəvan arasında gərginlik dövründə özünü standart sülh çağırışları ilə məhdudlaşdıran Fransadan fərqli olaraq, Rusiya praktiki baxımdan münaqişənin həllinə töhfə verib. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının imzalanmasında ölkəmiz həlledici rol oynayıb.

Parisin Azərbaycan və Ermənistanla Rusiyanın münasibətlərinə zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur və yalnız Fransanın regionda nüfuzunun daha da azalmasına gətirib çıxaracaq”, - deyə Zaxarova bildirib.

Mənbə: TASS

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300