Armena düşərgəsində saxlanılan azərbaycanlılar ölkəyə gətirildilər

 

Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 15 Azərbaycan vətəndaşının oktyabrın 6-da ölkəyə repatriasiyası həyata keçirilib.

Bu barədə uluyol.info-ya Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, şəxslərin ölkəyə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində reallaşıb. Əvvəlcə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşib, daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyənin ərazisindən tranzit keçidi təmin edilib. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyası üzrə işçi qrupa daxil olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, zəruri yardımlar göstərilib, həmçinin Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən vətəndaşlarımız "Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri” və uçuş biletləri ilə təmin edilib. Oktyabrın 6-da nümayəndə heyətinin müşayiəti ilə həmin vətəndaşların Ankara-Bakı reysi ilə repatriasiyası həyata keçirilib. Zəruri prosedurlar yekunlaşdıqdan sonra repatriantlar ailələrinə təhvil veriləcək.

Qeyd edək ki, indiyədək İraqdan 290, Suriyadan 103 olmaqla ümumilikdə 393 uşaq və qadının ölkəmizə repatriasiyası təşkil edilib. Bu işdə Azərbaycanın aidiyyəti dövlət qurumları birgə və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərib. Prosesin reallaşmasında Türkiyənin yardımı xüsusilə vurğulanmalıdır

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300