Hələ şubat yaraları sağalmamış Kızılay daha bir xain saldırıya məruz qaldı. Dünən qardaş Türkiyənin başkəndi Ankarada 34 günahsız insanın ölümünə, onlarla vətəndaşın yaralanmasına səbəb olan növbəti terror aktı bir daha hamımızı üzdü. Fevralın 17-də 29 nəfərin ölümünə səbəb olan terrordan heç bir ay keçməmiş hədəf yenə həmin məkan- Türkiyə Cumhuriyyətinin başkəndi Ankaranın baş meydanı Kızılay oldu. Həmin Kızılay ki, beş ayda artıq üçüncü kez eyni səhnə ilə qarşılaşır.

Hər iki saldırının PKK və uzantılarının törətdiyi haqda Türkiyənin ən yüksək səviyyədə rəsmiləri də bəyanat verdilər. O cümlədən dünən YPG,bu isə PKK.. Lakin dünənki partlama olayından sonra çoxlarını düşündürən suallar var ki, cavabları əslində hadisənin motivini ortaya qoyur.. Türkiyə Böyük Millət Məclisində 80 millət vəkili ilə təmsil olunan bir partiya( HDP) tərəfindən dəstəklənən bu terror qruplaşmalarına sifariş haradan gəlir?
Onlarla suçsuz insanın qanına susamış bu canilərin növbəti vəhşiliyinə terrorçu Sömer üçün yas mərasimi saxlayan kürd millət vəkillərinin reaksiyası dəyişəcəkmi? (Əlbəttə şübhə etmirəm ki, həmin millət vəkilleri eyni mövqeyi yenə sərgiləyəcəkdir.)

Həmçinin terrorun dövlət modeli Rusiyanın siyasilərinin "Türkiyə qan gölündə boğulacaq" kimi bəyanatlarını görməzdən gələ bilərikmi?
Təbii ki, baş verən olayla bağlı suallar çoxdur. Amma terrorun Türkiyə prezidentinin Azərbaycana səfəri ərəfəsinə təsadüf etməsi də diqqət çəkir. Nəzərə alsaq ki, fevralın 17-də də həyata keçən terror hücumu oxşar situasiyada baş verdi. Şübhəsiz Ərdoğanın Bakıya səfəri, Türkiyə ilə enerji anlaşmaları, Rusiyanın TANAP-la bağlı əndişəsini, enerji tranzitində alternativ kimi İran yolunun ortada olmasını göz ardına vurmaq olmaz. Amma dəhşət saçan bu terrorun, əslində silsilə terrorların arxasında daha böyük təhlükələrin olmasını istisna etmək olmaz. Əsas qərargahını şəhərləşmə formatında İraqdan Suriyaya köçürən PKK və onun uzantılarının bu qədər aşkar şəkildə terror hücumlarına əl atmasının Türkiyəni yeni bir savaşa soxmaq anlamında olmasını inkar etmək isə bəlkə də sadəlövhlük olardı. Şübhəsiz bu gün Türkiyə Cumhuriyyəti öz dövlətini və vətəndaşını qorumaq üçün qanuni haqqından faydalanıb və daha sərt mexanizmlər düşünməlidir. Amma baş verənlər kontekstində, Türkiyə dövlətinin terrorla bağlı yaşadıqlarının dünya üçün daha ağır sonuclara səbəb ola biləcəyini nəzərə alaraq olaya dünya ictimaiyyətinin daha obyektiv yanaşması mütləqdir.
 
Özəlliklə Avropa Birliyinin Türkiyə üçün qoyduğu 72 şərtin həyata keçirdiyi bir vaxtda bunları görməzdən gəlməsi əslində Türkiyəyə qarşı münasibətin göstəricisidir. Türkiyədə baş verən terrorlara Dünya birliyinin daha sərt müdaxiləsi gərəkir. Ötən il Fransada baş verən terrora münasibətdə biz bu yanaşmanın bariz nümunəsini gördük. Və məhz bu gün bəşəriyyəti bu nəhs, çirkin, ölüm saçan fenomendən qurtarmaq üçün dünya birliyi Ankaranın yanında olmağa borcludur..
 
RÜFƏT MURADLI
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300