Ermənistanın keçmiş Baş Qərargah rəisindən etiraf: "Rusiya bizə pulsuz silah verirdi”

 

"Silahlar etibar edilən dövlətlərə satılır”.

Bunu Ermənistan mətbuatına açıqlamasında bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan baş naziri Nikol Paşinyanın Rusiyaya qarşı bugünkü bəyanatına münasibət bildirərkən deyib.

Ermənistan hökumətinin son iclasında Paşinyan bəyan edib ki, müttəfiqimiz (Rusiya) bizə silah satmır, o, eyni zamanda bunun Azərbaycanın təzyiqi ilə baş verdiyinə eyham vurub.

– Siz bu haqda nə düşünürsünüz, niyə müttəfiqimiz bizə silah satmır?

Akopyan bu suala belə cavab verib: "Bilmirəm, Paşinyandan soruşun. Əvvəllər Rusiya bizə böyük məmnuniyyətlə silah satırdı, nəinki satırdı, hətta pulsuz da verirdi. O dövlətlərə silah satılır ki, ona etibar edilir”.

Xatırladaq ki, Ermənistan Nazirlər Kabinetinin sentyabrın 29-da keçirilən iclasında baş nazir Nikol Paşinyan silah almaq problemi ilə üzləşdiyini etiraf edib: "Ermənistan hökuməti Silahlı Qüvvələrdə genişmiqyaslı islahatlar prosesinə başlayıb. Azərbaycan Ermənistanın bu islahatlarının qarşısını almağa çalışır.Ermənistana silah-sursat verilməsinin qarşısını almağa çalışırlar və təəssüf ki, müttəfiqlərimizlə münasibətlərdə müəyyən uğurlar əldə edirlər. Elə hallar var ki, 100 milyonlarla dollar ödəmişik, lakin müttəfiq dövlətlər öhdəliklərini yerinə yetirməyib, silahları çatdırmayıblar”.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300